“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

– İlk hissədə rəqibdən gözləmədiyimiz oyunla üzləşdik. Ancaq bu, bizə bəraət qazandırmır. Futbolçularımız bir az təşvişə düşdülər, oyunumuzdan qopduq. Ancaq ikinci hissədə qol vurmağı bacardıq. Futboçularıma dedim ki, ilk hissəni yaddan çıxarın. Bizə dərs olsun, bunun da yükünü daşımağı bacarmalıyıq.

– İlk hissədə siz də sakit idiniz. Bəlkə də komanda ona görə oynamırdı. Ancaq fasilədə tam fərqli mənzərə oldu, komanda oynadı və qalib gəldi…
– İlk hissə mənim üçün şok idi. Çünki bütün komanda olaraq oyundan qopmaq, bir az anarxiya vardı. Özüm də tərəddüd içərisində idim ki, kimə nə deyim. Səbirsizliklə fasiləni gözləyirdim ki, uşaqları ayıldaq. İkinci hissədə bəzi nəzarəti ələ ala bildik. Bu fasilələrlə bizə uğur gətirdi.

– Deyəsən, məşqlərdə etdikləriniz bu gün alındı. Xüsusilə Bilal Hamdinin cinah ötürmələri zamanı…
– Dünən məşqdə bunun üzərində işləmişdik. Tapşırıqlarımızı etdilər, ancaq ilk hissədə bunun edə bilmədilər. Fasiləyədək meydanda 6 yarımmüdafiəçi vardı. Ancaq ikinci hissədə fikirləşdim ki, nəsə dəyişər. Kamal Mirzəyev təmiz oyundan çıxmışdı. Məcbur olduq əvəzləməyə əl atdıq.

– Köməkçiləriniz bir-bir qovulur. Belə gedişlə növbəti turda sizin növbəniz olacaq… 
– Vəfadar Quliyev də keçən dəfə heç nədən, gözlənilmədən qovuldu.

– Bəlkə köməkçilər sizi qoruyur? Çünki adətən, özünüz aqressiv həərəkətə görə texniki zonadan uzaqlaşdırılırsınız…
– Siz artıq mənə qarğış edirsiniz. Arzunuz, niyyətiniz özünüzdə qalsın. Olur belə şeylər. Bu da futbola bir gözəllik qatır. (Sportnet)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp