Futbol üzrə Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bazar günü daha 4 oyun baş tutub.
“Sivasspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. Altı qolun qeydə alındığı “Akhisarspor” – “Bursaspor” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Kasımpaşa” isə evdə “Yeni Malatyaspor”u 3 cavabsız qolla məğlub edib.
Turun mərkəzi oyunu Trabzonda baş tutub. “Trabzonspor” doğma meydanda “Fənərbaxça”nı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Türkiyə Super Liqası
13-cü tur
23 noyabr
Qalatasaray – Konyaspor 1:1
Qol: U.Demirok, 69-öz qapısına – Skubiç, 90-pen.
24 noyabr
Ərzurmspor – Antalyaspor 1:0
Qol: Angelo, 76-öz qapısına.
Alanyaspor – Kayserispor 5:0
Qol: Kampos, 45-pen. E.Karaca, 59. Sisse, 74; 79. J.Fernandes, 81.
Ankaragücü – Beşiktaş 1:4
Qol: El Kabir, 86 – A.Lyayiç, 23. M.Pektemek, 27. G.Yalçın, 44. O.Özyakup, 88.
25 noyabr
Sivasspor – Rizəspor 1:1
Qol: Braz, 76 – Muriqi, 60.
Akhisarspor – Bursaspor 2:4
Qol: Manu, 8. O.Ayık, 39 – U.Nayir, 45; 65. Latovleviçi, 85. R.Keskin, 90.
Kasımpaşa – Yeni Malatyaspor 3:0
Qol: Diane, 6-pen; 84. Sa, 57.
Trabzonspor – Fənərbaxça 2:1
Qol: Novak, 50. Sosa, 75 – Frey, 82.
26 noyabr
21:00 Göztəpə – Başakşəhər