“Neftçi”nin futbolçusu Soni Mustivar Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra klubun rəsmi saytına açıqlama verib. 

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi 2:0 hesablı qələbənin asan başa gəlmədiyini deyib:

“Səbail”in güclü futbolçuları var. Xüsusilə yaxşı müdafiə olunurlar. Əvvəldən sona kimi diqqətli oynadıq. Buna görə də "Zirə” ilə görüşdə buraxdığımız səhvləri təkrarlamadıq. Asan olmasa da, azarkeşlərimizin də dəstəyi ilə layiq olduğumuz qələbəni qazandıq. Nəticədən razıyam. Artıq "Sabah”la oyuna köklənməliyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp