AFFA Kiros Vassarasa 100 min avro ödəyəcək. Sabiq FIFA referisi ilə anlaşmanın dəyərinin bu qədər olduğu deyilir.
 
Futbolinfo.az xəbər verir ki, yunan hakimlə futbol assosiasiyamız arasında müqavilə imzalanıb. Xeyli əvvəl bu barədə məlumat vermişdik. Vassaras hakimlərimizə ildə bir neçə dəfə (indi bəlli olur ki, bir həftə) seminar keçməli və əvəzində bu qonorarı almalıdı.
 
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr gətirilməsi planlaşdırılan Kiros təklifdən imtina etmiş və UEFA-dakı işinə davam etməyi lazım bilmişdi. Onun məsləhəti ilə bizimkilər sonradan Frits Ştuxliklə anlaşmışdı. 3 illik müqavilə bağlayan avstriyalının təklifinə əsasən isə Vassarasa başqa şərait yaradılıb.
 
Təbii ki, hətta ayda bir dəfə seminar keçsə belə, kiməsə 100 min avro qonorar verilməsi doğru deyil, həddindən artıq böyük məbləğdi. Bunu AFFA-dakılar da başa düşür. İş ondadı ki, futbol başbilənlərimiz hakimlərimizin daha yaxşı matçlara təyinatı, eyni zamanda süni şəkildə daha da irəli çəkilməsi üçün UEFA-da nüfuz sahibi olan Vassarasdan kömək gözləyir. Bu səbəbdən bu qonorarı rüşvət kimi də qələmə vermək olar.
 
AFFA bu addımıyla bir güllə sayəsində iki quş vurmağı düşünür. Belə ki, Stuxlik də məhz hakimlərimizin hazırlığının yaxşılaşdırılması və beynəlxalq arenada yüksəlişi üçün gətirilib. Vassarasın yardımıından sonra arzu reallaşacaq, belədə avstriyalının da guya daha yaxşı işləməsi, əlaqələrinin fayda verməsi haqda rəy formalaşacaq. Halbuki bütün işi 100 min avro görəcək.
 
P.S.: AFFA-nın təsdiq və ya təkzib reaksiyasını gözləyirik. Çünki əlaqə saxladığımız Vassaras da danışmaq üçün AFFA-dan icazə verilməsinin lazım olduğunu bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp