Futbol üzrə İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
Turun mərkəzi görüşü Romada olub. “Latsio” öz meydanında “Milan”la münasibətlərinə aydınlıq gətirib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi görüşdə qalib müəyyənləşməyib.
"Napoli" isə "Kyevo" ilə ev oyununda xal itkisi ilə üzləşib.
İtaliya A Seriyası
13-cü tur
24 noyabr
Udineze – Roma 1:0
Qol: De Paul, 54.
Yuventus – SPAL 2:0
Qol: Ronaldo, 29. Mandzukiç, 60.
İnter – Frozinone 3:0
Qol: Balde, 10; 82. L.Martines, 57.
25 noyabr
Parma – Sassuolo 2:1
Qol: Jervinyo, 6. B.Alves, 25 – Babakar, 36-pen.
Bolonya – Fiorentina 0:0
Empoli – Atalanta 3:2
Qol: La Qumina, 42. Masiello, 77-öz qapısına. Silvestre, 90 – Freuler, 33. Hatebor, 40.
Napoli – Kyevo 0:0
Latsio – Milan 1:1
Qol: Korrea, 90 – Kessye, 78.
Cenoa – Sampdoriya 1:1
Qol: Piatek, 17-pen – Kvalyarella, 8.
26 noyabr
23:30 Kalyari – Torino