Futbol üzrə İspaniya Sequndasında 15-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Saraqosa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:0.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda 33 xala malik “Alkorkon” 22 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp