Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Zenit”lə qarşılaşıb. Quliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlasa da, sonadək meydanda ola bilməyib. Belə ki, 35 və 81-ci dəqiqələrdə sarı vərəqə ilə cəzalan Quliyev meydandan qovulub.

“Rostov” hazırda 23 xalla 5-ci pillədə qərarlaşıb.

Shares: