Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Qazişehir Qaziantep”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1. 

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Budak 18-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Boluspor” hazırda 26 xalla 18 iştirakçı arasında üçüncü pillədədi.

Shares: