Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Persepolis”lə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu turda “Sepahan”la heç-heçəyə razılaşıb – 1:1.

Hazırda “Traktorsazi” 23 xalla 3-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 13 xalla 10-cudu.

Shares: