Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu “Keşlə”də üç yubileylə əlamətdar olub.

Futbolinfo.az PFL-ə istinadən xəbər verir ki, “Qəbələ” ilə ev qarşılaşması (1:2) Sərtan Taşqın və Vaqif Cavadovun klubun heyətində 50-ci çempionat oyunu kimi tarixə düşüb.

2014/15 mövsümündə Premyer Liqada debüt edən Sərtan bu müddətdə 3 qola imza atıb. Vaqif isə fasilələrlə bu komandada çıxış edib. O, 2013/14 və ötən mövsüm formasını geyindiyi “Keşlə”də 17 qol vurub.

Taşqın üçün yubiley ikiqat əhəmiyyət daşıyıb. Yalnız bir klubda oynadığından, müdafiəçi Azərbaycan çempionatlarında da 50-ci matçına çıxıb.

Shares: