Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” Rusiya Premyer Liqasının 15-ci turunda səfərdə Moskva “Spartak”ına 1:3 hesabı ilə uduzub.

Futbolinfo.az xəbər verir ki, 90 dəqiqə ərzində meydanda olan Ramil Şeydayev matçdan sonra Samara klubunun rəsmi saytına müsahibə verib.

– "Krılya Sovetov"da ilk dəfə start heyətdə meydana çıxdın. Həyəcan var idi?
– Start heyətdə meydana çıxacağımı qarşılaşmadan bir neçə gün bilirdim. Əlbəttə, həyəcanlandım. Bir az narahat oldum. Lakin hakimin fitindən sonra hər şey rahat keçdi.

– Epizodların birində cərimə meydançasına ötürmə edən zaman "Spartak"ın futbolçusu bunun qarşısını əllə kəsdi. Epizodu necə şərh edərsən?
– Orada penalti olduğu açıq-aşkar görünürdü. Hər şey təmiz göründü, ancaq hakimin fiti susdu. Nə deyim… Bu oyunda bizə qarşı çox haqsızlıq oldu. Digər tərəfdən düşünürsən ki, hakimlər də insandı və yanlış qərarlar ola bilər.

– Hesabda irəli olsaz da, bunu qoruya bilmədiz. Nə baş verdi?
– İlk qolu buraxdıqdan dərhal sonra qapımızda ikinci topu gördük. Görünür, konsentrasiyanı itirdiyimiz üçün rəqib ardıcıl 2 dəfə bizi məyus etdi.

– Qış fasiləsinə kimi iki oyununuz qalıb. Düşüncələrin necədi?
– Hər iki matç çətin olacaq. Biz yalnız öz oyunumuzu düşünməliyik. Yaxşı oynasaq da, nəticələr nə bizi, nə də azarkeşləri qane edir. Ümid edirəm, qarşıdakı həlledici matçlarda özümüzü bir az daha yaxşı tərəfdən göstərəcəyik.

20181125dat - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp