Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu Səbuhi Bayramovun baş hakim kimi debütü ilə diqqət çəkib.

Futbolinfo.az xəbər verir ki, gənc referi “Dalğa Arena”da keçirilən “Zirə” – “Sumqayıt” matçını (3:1) idarə edib. 

O, cari mövsüm Premyer Liqa oyunlarında baş hakim kimi meydana çıxan 10-cu ədalət təmsilçisi olub. Bayramov ölkə çempionatları tarixinə 98-ci baş hakim kimi düşüb.

Referi debüt matçında rəqiblərə eyni sayda – hərəsinə 2 sarı vərəqə göstərib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp