Futbol üzrə Braziliya A Seriyasında çempion məlum olub.

Futbolinfo.az xəbər verir ki, “Palmeyras” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Liqanın 37-ci turunda “Vasko da Qama”nı səfərdə minimal hesabla məğlub edən “Palmeyras” 10-cu dəfə Braziliya A Seriyasında çempion olub.

Felipe Skolarinin rəhbərlik etdiyi kollektiv 37 turdan sonra 77 xal toplayaraq, ən yaxın izləyicisi “Flamenqo”nu 5 xal qabaqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp