İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki oradakılar kimi həmin pul mənim də haqqım idi. Orda məndən artıq adam yox idi.

Bunu milli komandanın formasını geymiş Elhad Nəziri deyib. 15 min manatın geri istənməsi!

Nəzirinin dediklərinə qarşı AFFA-dan təkzib yoxdur və deməli, deyilənlər hələ də həqiqəti əks etdirir. Bəs bu işdə məsuliyyə kim(lər)in üzərindədir? 

AFFA-da maliyyə məsələləri son instansiya olaraq, baş katibə tabedir. Bəli, ötən il "Kəpəz"dəki maliyyə mənimsəməsində adı hallanan, lakin heç bir cəza görməyən Elxan Məmmədovdan gedir söhbət.

Qurumun bütün maliyyə prosesləri aiddiyyati departamentə, departament də katibliyə tabedir. Departamentin rəhbəri Xanım Hüseynovadır. O, AFFA-ya baş katibin müavini kimi gəlmişdi. Bu illər ərzində bu postadək irəliləyib, lakin hansı əsaslarla, məlum deyil.  Bacısı Sevinc Hüseynova isə hələ də Elxan Məmmədovun köməkçisidir. Qəribə bağlılıqdır, deyilmi?

***                ***                 ***

Xatirinizdədirsə, ötən il bu bacıların AFFA-nın müvafiq şöbəsindəki bir həmkarıyla əlbəyaxa davasından xəbər vermişdik. Günay Fətəliyevaya hücum edən Hüseynova bacıları haqsız olsa da, hadisədən haqlı çıxmışdılar.

Xanım xanım davada Fətəliyevaya, "Elxançikə deyərəm, səni burdan rədd eləyər!" demişdi və elə də olmuşdu. Həm fiziki xəsarətə məruz qalan, həm də günahkar kimi qurumdan kənarlaşdırılan Fətəliyeva saytımıza danışmaqdan imtina etmişdi. O, yazılan xəbəri təsdiq etsə də, bildirmişdi ki, proses haqda heç nə danışmaq istəmir.

Niyə?

Çünki SOCAR-da işləmək potensialına xələl gətirilə bilərdi…

Qaydaq Nəzirinin açıqlamasına.

Həmin Xanım xanımın maliyyə departamentinin rəhbəri olmağı nə cür haqq etdiyini bilmirik. Bildiyimiz odur ki, Elxan Məmmədova istənilən göstərişi verə biləcək ixtiyar hiss edir özündə. Olmaya, əlində ona qarşı şantaj materialı var?

Mümündürmü, Nəzirinin şok effektli açıqlamasına qarşı açıqlama verilsin? Yox, danışmırlar, görünmürlər və bu haqda geniş yazan lap az sayda KİV var…

Nonsensdir, yox?

Nəzirinin mükafatının bir hissəsinin geri istənməsi biabırçılıqdır. Bu, hələ milinin əsas heyətində yer almayan oyunçunun dedikləridir. Hələ cəmi bir oyunçunun… Proses ciddi araşdırılmalıdır. Milliyə gətirilməsi üçün milliləşdirilən əcnəbilər, bütün yaş qrupları üzrə millilərin səfər xərcləri və s. bunlar ciddi yeyinti mənbəyinə çevrilib və bu haqda onlarla şübhəli məqam ortaya çıxıb. 

İstənilən halda, millinin bütün xərclərinin bundan sonra baş katiblikdən alınıb, milli komandalar üzrə departamentin yaradılması və ora həvalə edilməsi labüdləşib.

Baş katibinsə fəaliyyət ciddi araşdırılmalıdır. Hətta bu araşdırma artıq illərdir gecikir… (Futbolpress)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp