Aleksandr Dedov “Zirə”nin heyətində ilk dubluna imza atıb.
Futbolinfo.az xəbər verir ki, moldovalı legioner “Sumqayıt”la Topaz Premyer Liqasının 12-ci turunun ev oyununun (3:1) hər hissəsində 1 qol vurub.
Bu, “qartallar”ın cari mövsümdə ikinci dubludu. Dedova qədər Mirsahib Abbasov bir oyunda 2 qol vurmağa nail olmuşdu. O, 1-ci turdan təxirə salınan “Qarabağ”la səfər matçında (2:3) fərqlənmişdi. Dedovun dublu “Zirə”nin tarixində 11-i Premyer Liqada olmaqla ümumilikdə 18-ci belə uğurudu.
Qeyd edək ki, “Zirə”də vurduğu qolların sayını 6-ya yüksəldən Dedov klub tarixinin bombardirləri siyahısında 8-ci yerə şərik olan Adil Nağıyev, Nurlan Novruzov, Yovan Krneta və Elnur Abdulova çatıb. Bütün qollarını Premyer Liqada vuran Aleksandr Vüsal İsgəndərli və Yovan Krneta ilə 4-cü yerə şərikdi.