Çexiyanın futbol üzrə gənclər liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Slovan”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:2.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Slaviya”nın U-21 komandası hazırda 17 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp