Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. Günün mərkəzi görüşü İtaliyada olub. ÇL-in son qalibi "Real" "Roma" ilə üz-üzə gəlib. Bu matçda qalib gələn komanda növbəti mərhələni təmin edəcəkdi. Bu xoşbəxtliyi Madrid təmsilçisi yaşayıb.

Qrupun digər oyununda isə ÇSKA Çexiyanın "Viktoriya" (Plzen) klubunu qəbul edib. Çexiya təmsilçisi 1/8 final şanslarını itirsə də, Avropa Liqasına vəsiqəni itirməmək üçün qələbə qazanmağa borclu idi. Qonaqlar bu oyundan qələbə ilə ayrılıblar və ÇSKA-nın da növbəti mərhələyə adlamaq şansı itib. Beləcə, "Real"a uduzmasına baxmayaraq, "Roma" da artıq 1/8 finala yüksəlib.

"Yuventus" öz meydanında "Valensiya"nı qəbul edib. Turin təmsilçisi minimal hesabla qalib gəlib. "Mançester Yunayted" isə "Yanq Boyz”u qəbul edib. İngiltərə nəhəngi də son dəqiqə qolu ilə növbəti mərhələyə yüksəlib.

"Bavariya" doğma meydanda "Benfika"nı darmadağın edib. "Mançester Siti" isə səfərdə Lion “Olimpik”i ilə heç-heçəyə razılaşıb. 

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur

27 noyabr

E qrupu

AEK (Afina, Yunanıstan) – Ayaks (Hollandiya) 0:2
Qol: Tadiç, 68; 72.

Bavariya (Almaniya) – Benfika (Portuqaliya) 5:1
Qol: Robben, 13; 30. Levandovski, 36; 51. Riberi, 76 – G.Fernandes, 46.

Bavariya – 13, Ayaks – 11, Benfika – 4, AEK – 0.

F qrupu

Olimpik (Lion, Fransa) – Mançester Siti (İngiltərə) 2:2
Qol: Korne, 55; 81 – Laporte, 62. S.Aquero, 83.

Hoffenhaym (Almaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 2:3
Qol: Kramariç, 17. Zuber, 40 – İsmaili, 14. Tayson, 15; 90.

Mançester Siti – 10, Olimpik – 7, Şaxtyor – 5, Hoffenhaym – 3.

G qrupu

ÇSKA (Moskva, Rusiya) – Viktoriya (Plzen, Çexiya) 1:2
Qol: Vlasiç, 10-pen. Proçazka, 56. Heyda, 81.

Roma (İtaliya) – Real (İspaniya) 0:2
Qol: Q.Beyl, 47. L.Vaskes, 59.

Real – 12, Roma – 9, Viktoriya – 4, ÇSKA – 4.

H qrupu

Yuventus (İtaliya) – Valensiya (İspaniya) 1:0
Qol: Mandzukiç, 59.

Mançester Yunayted (İngiltərə) – Yanq Boyz (İsveçrə) 1:0
Qol: Fellaini, 90.

Yuventus – 12, Mançester Yunayted – 10, Valensiya – 5, Yanq Boyz

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp