Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 12-ci turunun “Zirə” – “Sumqayıt” matçında “Zirə”nin məşqiçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

“Keşlə” – “Qəbələ” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 12-ci turunun “Səbail” – “Neftçi” matçının 90-cı dəqiqəsində “Səbail”in futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Səbail” klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp