Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxşı futbol klubu adına namizədləri müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, ilin klubu adına İspaniyadan "Real” və "Atletiko”, İngiltərədən isə "Liverpul" namizəd olub.

Mükafatlandırma mərasimi 2019-cu ildə, yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

"Globe Soccer Awards"ın versiyası üzrə 2017-ci ilin ən yaxşı klubu “Real” seçilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp