Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin son oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, son qarşılaşmada “Lester Siti” doğma meydanda “Sauthempton”la qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Tərəflər əlavə vaxtda da fərqlənə bilməyincə, qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan “Lester Siti” futbolçuları 1/4 finala vəsiqəni bayram ediblər – 6:5.

İngiltərə Kuboku
1/8 final

27 noyabr

Lester Siti – Sauthempton 0:0 (penaltilər 6:5)

Beləliklə, dekabrın 18-19-da keçiriləcək 1/4 final mərhələsində aşağıdakı kollektivlər üz-üzə gələcəklər:

Arsenal – Tottenhem
Lester Siti – Mançester Siti
Middlsbro – Barton
Çelsi – Bornmut

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp