Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə də 8 qarşılaşma baş tutacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Rusiyada "Lokomotiv"in qonağı olub. İstanbul təmsilçisi növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. "Sarı-qırmızılar" heç-heçə edəcəyi təqdirdə Avropa Liqasında mübarizə aparacaqdı. Amma Türkiyə çempionu bu görüşdə 2 cavabsız qolla məğlub olub.

Qrupun digər matçında Portuqaliyanın "Portu" klubu doğma azarkeşlər önündə Almaniya "Şalke"si ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 1 xal qazanacağı təqdirdə digər görüşün nəticəsindən aslı olmayaraq, 1/8 finala yüksələcəkdi. Amma “Portu” bunu inamlı qələbə ilə rəsmiləşdirib.

Günün mərkəzi qarşılaşması Fransada baş tutub. PSJ doğma meydanda "Liverpul"la münasibətlərə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Qrupun digər oyununda İtaliya "Napoli"si evdə Serbiynın "Srvena Zvezda" kollektivini məğlub edib.

Günün digər maraqla gözlənilən dueli İngiltərədə olub. "Tottenhem" "İnter"lə qarşılaşıb. London təmsilçisi mütləq qələbə qazanmalı idisə, italyanlara 1/8 final üçün heç-heçə də bəs edirdi. İngiltərə klubu bu görüşdə minimal hesabla üstün olub. Qrupda növbəti mərhələni təmin edən "Barselona" isə səfərdə PSV ilə üz-üzə gəlib və qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur

28 noyabr

A qrupu

Atletiko (Madrid, İspaniya) – Monako (Fransa) 2:0
Qol: Badiaşile, 2-öz qapısına. Qrizmann, 24.

Borussiya (Dortmund, Almaniya) – "Brügge" (Belçika) 0:0

Atletiko – 12, Borussiya – 10, Brügge – 5, Monako – 1.

B qrupu

Tottenhem (İngiltərə) – İnter (İtaliya) 1:0
Qol: Eriksen, 80.

PSV (Eyndhoven, Hollandiya) – Barselona (İspaniya) 1:2
Qol: De Yonq, 83 – Messi, 61. Pike, 70.

Barselona – 13, Tottenhem – 7, İnter – 7, PSV – 1.

C qrupu

Napoli (İtaliya) – Srvena Zvezda (Serbiya) 3:1
Qol: Hamşik, 11. Mertens, 33; 52 – Nabuhane, 57.

PSJ (Fransa) – Liverpul (İngiltərə) 2:1
Qol: Bernat, 13. Neymar, 37 – Milner, 45-pen.

Napoli – 9, PSJ – 8, Liverpul – 6, Srvena Zvezda, 4.

D qrupu

Lokomotiv (Moskva, Rusiya) – Qalatasaray (Türkiyə) 2:0
Qol: Krıxovyak, 43. İqnatyev, 54.

Portu (Portuqaliya) – Şalke (Almaniya) 3:1
Qol: Militao, 52. Korona, 55. Mareqa, 90 – Bentaleb, 89-pen.

Portu – 13, Şalke – 8, Qalatasaray – 4, Lokomotiv – 3.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp