Portuqaliyanın “Sportinq” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la səfər matçı üçün Bakıya gətirəcəyi heyəti açıqlayıb. 

Futbolinfo.az Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Marsel Kayzer səfərə 19 futbolçu ilə çıxır. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, hərəyə 5-i isə yarımmüdafiəçi və hücumçudu:

Qapıçılar: 19. Romen Salen, 40. Renan Ribeyro, 99. Dioqo Souza;

Müdafiəçilər: 4. Sebastyan Koates, 5. Jefferson Nasimento, 6. Andre Pinto, 76. Bruno Qaşpar, 63. Tyaqo Calo, 95. Tyerri Korreya;

Yarımmüdafiəçilər: 8. Bruno Fernandes, 25. Padosav Petroviç, 37. Vendel, 86. Nemanya Qudel, 90. Migel Luis;

Hücumçular: 17. Luis Nani, 18. Karlos Mane, 23. Abdulay Dyabi, 28. Bas Dost, 77. Jovane Kabral.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Sportinq" matçına saat 21:55-də start veriləcək. Ağdam klubu bu rəqibi ilə səfər oyununda 0:2 hesabıyla uduzub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp