“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti matçına çıxıb. 

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Çempionlar yolunun 2-ci mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb. 

Doğma meydandakı ilk oyunda 1:3 hesabıyla məğlub olmuş Emin İmaməliyevin baş məşqçisi olduğu komanda bu rəqibi ilə Berlindəki “Vurfplats” stadionunda üz-üzə gəlib. "Qəbələ" növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə qazanmalı idi. Lakin ilk yarıda penaltidən qol buraxan Azərbaycan təmsilçisi dönüş edə bilməyib və minimal hesabla uduzaraq mübarizəni dayandırıb. Halbuki, oyunun əvvəlində "Qəbələ" də penalti vurmaq şansı qazanıb və bundan yararlana bilməyib.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələ, cavab oyunu

28 noyabr

Herta – Qəbələ 1:0
Qol: M.Kiprit, 24-pen.
Matçın 11-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Əli Sadıqov penaltidən yararlana bilməyib – qapıçı.
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya).
Berlin. “Vurfplats” stadionu.
İlk oyun – 3:1.

Herta: 12. Florian Palmovski, 9. Cesik Nqankam (k), 11. Dennis Jastrembski, 15. Luka Naumann, 20. Ransford-Yeboa Köniqsdörffer, 21. Elias Tamim, 24. Matias Kastrati, 31. Soni Ziemer, 35. Florian Krebs, 36. Məhəmməd Kiprit, 37. Panzu Ernesto.
Ehtiyat oyunçular: 1. Luis Klatte, 8. Yonas Mixelbrink, 10. Miralem Ramiç, 14. Ruven Vertmüller, 16. Pol Krüger, 18. Maksimilian Qurşke, 19. Yulian Albrext.
Baş məşqçi: Mixail Hartman.
Qəbələ: 1. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıqov (k), 8. Abbas Ağazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 17. Məhəmməd Məhərrəmov.
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Alıyev, 14. Fərid İsgəndərov, 16. Veysəl Rzayev, 18. Nicat Oruclu.
Baş məşqçi: Emin İmaməliyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp