İtaliya çempionu “Yuventus” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyanın “Valensiya” klubunu 1:0 hesabıyla məğlub edib.

Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşma Turin təmsilçisinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, portuqaliyalı futbolçu, ÇL-də 100-cü qələbəsini qazanıb. Ronaldo bunu bacaran ilk futbolçu olaraq, ÇL tarixinə düşüb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Ronaldo "Valensiya" ilə matçda Mario Mancukiçin vurduğu yeganə qolun ötürməsini verib. O, həm də, ÇL-də indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp