İtaliyanın “Milan” klubunun futbolçusu Cakomo Bonaventuranın zədələndiyini xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu sol dizindən əməliyyat olunub. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Bonaventuranın 8-9 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

İtaliyalı yarımmüdafiəçi cari mövsümdə “Milan” formasıyla 8 qarşılaşmada iştirak edib və 3 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp