Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda “Səbail”i qəbul edəcək olan “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir. 

Futbolinfo.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Sumqayıt Arena”nın ehtiyat meydançasında növbəti məşqini keçirib. 

Bərpa prosesi keçən Ehtiram Şahverdiyev yüngül qaçış və fərdi məşqlə kifayətlənib. 1.5 saat davam edən məşq prosesində əvvəlcə müxtəlif fiziki daha sonra isə topla hərəkətlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, “Sumqayıt” – “Səbail” qarşılaşması dekabrın 1-də “Sumqayıt Arena”da keçiriləcək və saat 19:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp