Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Marsel Kayzerin UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaqları matçdan əvvəl mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, Lissabon təmsilçisinin çalışdırıcısı sabahkı matçla bağlı bunları deyib:

– Sabah oyunda əsas məqsədiniz nə olacaq?
– Əsas məqsədimiz qələbə qazanmaqdır.

– Sizcə, sabah komandanızın oyuna yanaşması necə olacaq?
– Öz oyunumuza köklənməliyik. Yaxşı oyunla qələbə qazanmaq istəyirik.

– Siz komandayla 3 həftədir ki, işləyirsiz. Komandada hansı dəyişikliklər olacaq?
– Hər həftə yeni nəsə öyrənirəm. Müəyyən oyun komponentlərini dəyişmək olar.

– "Sportinq"in Avroliqadakı oyunlarını izlədikdə nələri gördüz?
– Sabahkı oyunda da komandadan ruh yüksəkliyi ilə oynamağı gözləyirəm.

– Məğlubiyyətə hazırsızmı?
– Hər iki komanda sabah meydana qələbə üçün çıxacaq.

– "Qarabağ"ın nə demək olduğu haqda məlumatınız varmı?
– Əlbəttə, eşitmişəm. Lakin Azərbaycanda ilk dəfədir oluram.

– Çoxlu itkiləriniz var, çıxış yolunu nədə görürsüz?
– 25 futbolçumuz var. Bir sıra oyunçularımız Lissabonda qalıb. Bura 18 futbolçuyla gəlmişik. Sabah yaxşı oyun sərgiləcəyimizə inanıram. (komanda.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp