Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gələcək. Qrupun digər matçında isə “Vorskla” London “Arsenal”ını qəbul edəcək.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan “Astana”sı doğma meydanda Ukraynanın “Dinamo” (Kiyev) kollektivi ilə qarşılaşacaq. Qalib gələn komanda qrupdakı digər matçın nəticəsindən aslı olmayaraq növbəti mərhələyə vəsiqə qazanacaq. 

Türkiyə təmsilçilərindən “Beşiktaş” səfərdə Norveçin “Sarpsporq” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. 4 oyuna 1 qələbə qazana bilən “qara qartallar” görüşdən 3 xalla ayrılmaq niyyətindədi.

“Fənərbaxça” evdə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edəcək. İstanbul təmsilçisi rəqibini məğlub etsə, 1/16 finala yüksələcək. 

Qonşu ölkənin digər klubu “Akhisarspor” isə turnirdə ilk xalını qazanmaq üçün səfərdə Rusiyanın “Krasnodar” komandasının müqavimətini qırmağa çalışacaq.

Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur

29 noyabr

A qrupu

21:55. “Bayer” (Almaniya) – “Lüdoqorets” (Bolqarıstan)
21:55. “Sürix” (İsveçrə) – AEK (Larnaka, Kipr)

B qrupu

21:55. “Rusenborq” (Norveç) – “Seltik” (Şotlandiya)
21:55. “Zaltsburq” (Avstriya) – “Leyptsiq” (Almaniya)

C qrupu

21:55. “Bordo” (Fransa) – “Slaviya” (Praqa, Çexiya)
21:55. “Zenit” (Rusiya) – “Kopenhagen” (Danimarka)

D qrupu

21:55. “Fənərbaxça” (Türkiyə) – “Dinamo” (Zaqreb, Xorvatiya)
21:55. “Anderlext” (Belçika) – “Spartak” (Trnava, Slovakiya)

E qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Lissabon, Portuqaliya)
21:55. “Vorskla” (Poltava, Ukrayna) – “Arsenal” (İngiltərə)

F qrupu

21:55. “Betis” (İspaniya) – “Olimpiakos” (Yunanıstan)
21:55. “Milan” (İtaliya) – “Düdelanj” (Lüksemburq)

G qrupu

19:50. “Spartak” (Moskva, Rusiya) – “Rapid” (Vyana, Avstriya)
00:00. “Reyncers” (Şotlandiya) – “Vilyarreal” (İspaniya)

H qrupu

00:00. “Apollon” (Kipr) – “Latsio” (İtaliya)
00:00. “Ayntraxt” (Almaniya) – “Marsel” (Fransa)

I qrupu

00:00. “Malmö” (İsveç) – “Genk” (Belçika)
00:00. “Sarpsporq” (Norveç) – “Beşiktaş” (Türkiyə)

J qrupu

00:00. “Standard” (Lyej, Belçika) – “Sevilya” (İspaniya)
21:55. “Krasnodar” (Rusiya) – “Akhisar” (Türkiyə)

K qrupu

00:00. “Yablonets” (Çexiya) – “Renn” (Fransa)
19:50. “Astana” (Qazaxıstan) – “Dinamo” (Kiyev, Ukrayna)

L qrupu

00:00. “Çelsi” (İngiltərə) – PAOK (Yunanıstan)
21:55. BATE (Belarus) – “Videoton” (Macarıstan)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp