Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov üçün il başa çatıb.

Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Proyssen”də forma geyinən milli üzvü 3-cü Bundesliqanın 16-cı turunda Braunşveyq “Ayntraxt”ını 3:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnib. 

Oyuna 69-cu dəqiqədə əvəzetmədən daxil olan Rüfətin bud əzələsində problem yaranıb. Onun azı 3 həftə meydana çıxmayacağı deyilir.

Dadaşovun komandası 16 turdan sonra 29 xalla 2-ci pillədə qərarlaşıb. “Proyssen”in qış fasiləsinə qədər çempionatda 4 oyunu qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp