UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu və qoluna namizədlər açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu turun matçlarından sonra ən yaxşı oyunçu adına Lionel Messi (“Barselona”), Aryen Robben (“Bavariya”), Maksvell Korne (“Olimpik”, Lion) və Dris Mertens (“Napoli”) iddia edir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar Maksvel Kornenin (“Olimpik”, Lion) “Mançester Siti”yə, Aryen Robbenin (“Bavariya”) “Benfika”ya, Andre Kramariçin (“Hoffenhaym”) “Şaxtyor”a və Dris Mertensin (“Napoli”) “Srvena Zvezda”ya vurduğu qollarıdı.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp