FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Belə ki, Azərbaycan yığması 1206 xalla 107-ci pillədə qərarlaşıb. Milli komanda mövqeyini qorusa da, 1 xal itirib.

İlk onluq isə belədi: 1. Belçika – 1727, Fransa – 1726, 3. Braziliya – 1676, 4. Xorvatiya – 1634, 5. İngiltərə – 1631, 6. Portuqaliya – 1614, 7. Uruqvay – 1609, 8. İsveçrə – 1599, 9. İspaniya – 1591, 10. Danimarka – 1589.

Qonşu Türkiyə yığması 39-cu pillədə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 1443 xal var.
 
Bu ayın ən yaxşı göstəricisi 8 pillə irəliləyərək 127-ci sıraya yüksələn Sudan yığmasına məxsusdu – 1120 xal. Ən pis göstəriciyə isə 7 pillə geriləyən Rusiya və Benin imza atıb. Ruslar 48-ci (1424), Benin isə 94-cüdü (1257)

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini dekabrın 20-də açıqlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp