“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sportinq”lə oyundan əvvəl azarkeşlərinə müraciət edib.

Futbolinfo.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, müraciətdə matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapılarının 3 saat əvvəldən (saat 18:55) açıq olacağı, ictimai dayanacaqların azarkeşlərin xidmətində olacağı və oyun gec başa çatacağından, “Koroğlu” metrostansiyasının daha gec – 01:00-da bağlanacağı bildirilib.

Bu gün keçiriləcək “Qarabağ” – “Sportinq” matçı saat 21:55-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp