“Barselona”nın futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasında 2 yeni rekorda imza atıb.

Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, argentinalı forvard PSV-ni səfərdə məğlub etdikləri matçda (1:2) komandasının ilk qolunu vuraraq, “Barselona” formasıyla ÇL-də 106-cı qoluna imza atıb. 

O, bununla da, bir komandayla ÇL-də ən çox qol vuran futbolçu olub.

Bundan əvvəl ÇL-də bir komandayla ən çox qol vuran futbolçu Kriştiano Ronaldo idi. Portuqaliyalı futbolçu “Real” formasıyla 105 qol vurmuşdu.

Messi həm də, ÇL-in qrup mərhələsində ən çox qol vuran futbolçu olub. O, turnirin qrup mərhələsinin oyunlarında 66 dəfə fərqlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp