İngiltərənin “Liverpul” klubu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə PSJ-yə 1:2 hesabıyla məğlub olub.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi tarixində ilk dəfədi ki, ÇL-in qrupunda hər 3 səfər oyununda məğlub olur. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

C qrupunda mübarizə aparan Mersisayd təmsilçisi səfərdə “Napoli”yə 0:1, “Srvena Zvezda”ya 0:2 və PSJ-yə 1:2 hesabıyla məğlub olub.

Qrupun son matçında öz meydanında “Napoli” ilə qarşılaşacaq “Liverpul”, xal itirəcəyi təqdirdə, növbəti mərhələyə yüksələ bilməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp