Litvanın “Jalgiris” klubunun futbolçusu Liviu Antal Azərbaycanda oynaya bilər. 

Futbolinfo.az xəbər verir ki bu iddia ilə Rumıniya mətbuatı çıxış edib. Bildirilir ki, klubu ilə müqaviləsinin müddətini uzatmayan Antal Qazaxıstandan və Azərbaycandan təklif alıb. 

Futbolinfo.az-a açıqlama verən Antal təklif aldığını təsdiqləyib: “Bəli, Azərbaycanda bir klubdan təklif almışam. Məlumatlar doğrudu. Amma hələ seçim etməmişəm. Bilmirəm ora gələcəm, ya yox”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp