İngiltərənin “Uotford” klubu baş məşqçisi Xavi Qrasiyanın müqaviləsini yeniləyib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispan mütəxəssislə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qrasiya 2018-ci ilin yanvarında komandanın baş məşqçi postuna təyin edilmişdi. Onun rəhbərliyi altında “Uotford” cari mövsümdə Premyer Liqada 13 turdan sonra 20 xalla 9-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp