İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasında daha bir rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSV-yə 2:1 hesabıyla qalib gələrək, qrup liderliyini rəsmiləşdirib. 

20-ci dəfə qitənin ən nüfuzlu klub turnirində öz qrupunun birincisi olan “Barselona”nın bu uğuruna indiyədək heç bir klub nail olmamışdı.

“Barselona” ÇL-in B qrupunda “İnter”, “Tottenhem” və PSV ilə mübarizə aparır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp