Almaniya millisinin sabiq üzvü Bastian Şvaynştayger MLS təmsilçisi “Çikaqo Fayr” klubuyla yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2019-cu ilin sonuna qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Karyerası ərzində “Bavariya”, “Mançester Yunayted” kimi klublarda forma geyinən Şvaynştayger 2017-ci ildə MLS təmsilçisi “Çikaqo Fayr” klubuna transfer edilib. O, 121 dəfə də Almaniya millisinin şərəfini qoruyub.

Şvaynştayger cari mövsümdə MLS-də 31 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp