Qazaxıstanın “Astana” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində beşinci oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu klub doğma meydanda Ukrayna təmsilçisi “Dinamo” (Kiyev) ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb – 0:1.

Almeyda da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 58-ci dəqiqədə əvəzlənib.

“Astana” 5 turdan sonra 8 xalla yer aldığı K qrupunda ikinci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp