Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, E qrupunda "Qarabağ" doğma meydanda Portuqaliyanın "Sportinq" klubunu qəbul edib və böyük hesabla uduzub. Qrupun digər matçında isə Ukrayna "Vorskla"sı "Arsenal"la qarşılaşıb. London təmsilçisi ötən tur növbəti mərhələni rəsmiləşdirsə də, bu oyunda da darmadağına sevinib.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" klubu doğma meydanda Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə qarşılaşıb və minimal hesabla məğlub olub. Lakin sözügedən komandaların hər ikisi növbəti mərhələyə vəsiqə qazanıb.

Türkiyə təmsilçilərindən "Beşiktaş” səfərdə "Sarpsporq"un qonağı olub. Dörd oyuna 1 qələbə qazananan "qara qartallar" görüşdən 3 xalla ayrılmaq niyyətindəydi. İstanbul klubu bu görüşün əvvəlində 2 top buraxsa da, möhtəşəm əzmkarlıq nümayiş etdirərək əzmkar qələbəyə sevinib. 

"Fənərbaxça" isə evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edib. Bu qrupun hər iki oyunu qolsuz başa çatıb. Nəticədə, "Fənərbaxça" "Dinamo" ilə birgə növbəti mərhələyə vəsiqə əldə edib.

Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
29 noyabr

A qrupu

Bayer (Leverkuzen, Almaniya) – Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Vayzer, 85 – Marselinyo, 69.

Sürix (İsveçrə) – AEK (Larnaka, Kipr) 1:2
Qol: Xelifi, 74 – Cannu, 38. Triçkovski, 85.

B qrupu

Rusenborq (Norveç) – Seltik (Şotlandiya) 0:1
Qol: Sinkleyr, 42.

Zalsburq (Avstriya) – Leyptsiq (Almaniya) 1:0
Qol: Qulbrandsen, 74.

C qrupu

Bordo (Fransa) – Slaviya (Praqa, Çexiya) 2:0
Qol: Preville, 49. Kunde, 90.

Zenit (Rusiya) – Kopenhagen (Danimarka) 1:0
Qol: Mak, 59.

D qrupu

Fənərbaxça (Türkiyə) – Dinamo (Zaqreb, Xorvatiya) 0:0

Anderlext (Belçika) – Spartak (Trnava, Slovakiya) 0:0

E qrupu

Qarabağ (Azərbaycan) – Sportinq (Lissabon, Portuqaliya) 1:6
Qol: Zubir, 14 – Dost, 5-pen. B.Fernandes, 20; 75. Nani, 33. Dyabi, 65; 82.

Vorskla (Poltava, Ukrayna) – Arsenal (İngiltərə) 0:3
Qol: Smit-Rou, 11. Remzi, 27-pen. Uillok, 41.

F qrupu

Betis (İspaniya) – Olimpiakos (Yunanıstan) 1:0
Qol: Kanales, 39.

Milan (İtaliya) – Düdelanj (Lüksemburq) 5:2
Qol: Kutrone, 21. Stelvio, 66-öz qapısına. H.Çalhanoğlu, 70. Şnell, 79-öz qapısına. Borini, 81 – Stols, 39. Turpel, 49.

G qrupu

Spartak (Moskva, Rusiya) – Rapid (Vyana, Avstriya) 1:2
Qol: Ze Luis, 20 – Muldur, 80. Skobesberger, 90.

Reyncers (Şotlandiya) – Vilyarreal (İspaniya) 0:0

H qrupu

Apollon (Kipr) – Latsio (İtaliya) 2:0
Qol: Faupala, 31. Markoviç, 82.

Ayntraxt (Almaniya) – Olimpik (Marsel, Fransa) 4:0
Qol: Yoviç, 1; 67. Qustavo, 17-öz qapısına. Sarr, 62-öz qapısına.

I qrupu

Malmö (İsveç) – Genk (Belçika) 2:2
Qol: Leviçki, 65. Antonsson, 67 – Posuelo, 42. Peyntsil, 53.

Sarpsporq (Norveç) – Beşiktaş (Türkiyə) 2:3
Qol: R.Məhəmməd, 1. Haynts, 6 – Lens, 62; 90. V.Lav, 66.

J qrupu

Krasnodar (Rusiya) – Akhisarspor (Türkiyə) 2:1
Qol: Qazinski, 49. Ari, 57 – Serjinyo, 24.

Standard (Lyej, Belçika) – Sevilya (İspaniya) 1:0
Qol: Djenepo, 62.

K qrupu

Astana (Qazaxıstan) – Dinamo (Kiyev, Ukrayna) 0:1
Qol: Verbiç, 29.

Yablonets (Çexiya) – Renn (Fransa) 0:1
Qol: Qrenye, 55.

L qrupu

BATE (Belarus) – Videoton (Macarıstan) 2:0
Qol: Siqneviç, 22. İvaniç, 85.

Çelsi (İngiltərə) – PAOK (Yunanıstan) 4:0
Qol: Jiru, 27; 37. Kallum, 60. Morata, 78.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp