Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ” klubunun müraciətini, “Keşlə” klubunun razılıq məktubunu nəzərə alan PFL turun “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp