Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.

Ötən mövsümü Premyer Liqada keçirmiş "Kəpəz" "Səbail-2" ilə görüşdə 3 xalı 1 qolla əldə edib. 

İlk hissədə iki oyunçusu meydandan qovulan MOİK isə "Zaqatala" səfərindən 1 xalla qayıtmağı bacarıb.  

Birinci Divizion
12-ci tur

30 noyabr

Zaqatala – MOİK 0:0
Qırmızı vərəqə: İsmalyıl Muradov, 30. Orxan Həsənov, 33 (hər ikisi MOİK).
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Əli Cəbrayılov, Səbuhi Bayramov.
Zaqatala şəhər stadionu.

Kəpəz – Səbail-2 1:0
Qol: Ziyabi Məmmədov, 16.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Teymur Teymurov, Vüsal Əliyev.
Gəncə şəhər stadionu.

Turan Tovuz – Sumqayıt-2 0:2
Qol: Baxşəli Baxşəliyev, 25. Tural Bayramlı, 90+2.
Hakimlər: Rəşad Əhmədov, Hüseyn Əsgərov, Samir Hacıyev, Kərim Kərimov.
Tovuz şəhər stadionu.

Zirə-2 – Şüvəlan 1:2
Qol: Tapdıq Əhmədov, 42+2-pen – Əzəmət Əlkəbərli, 30. Rəhman Musayev, 71.
Hakimlər: Nicat İsmayıllı, Knyaz Əmiraslanov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
“AZAL Arena”.

Turun digər oyunları: Keşlə-2 – Neftçi-2 3:1, Qaradağ Lökbatan – Qarabağ-2 1:0, Sabah-2 – Ağsu 4:0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp