Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti oyununu keçirib.

Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Qarşılaşma təbrizlilərin məğlubiyyəti ilə başa çatıb – 0:1.

Cənubi Azərbaycanın daha məşhur “Traktorsazi” klubu isə hesabat turunda səfərdə “Pars Cənubi Jam” ilə qarşılaşacaq.

“Traktorsazi” hazırda 23 xalla 16 iştirakçı arasında 4-cü, “Maşinsazi” isə 13 xalla 11-cidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp