Çexiyanın futbol üzrə gənclər liqasında 17-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yablonets”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:2.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

Komandasının qollarından birini də Fərid vurub. Millimizin futbolçusu 26-cı dəqiqədə fərqlənib.

“Slaviya”nın U-21 komandası hazırda 20 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Shares: