Futbol üzrə Portuqaliya Sequndasında 11-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Benfika”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Eştoril” 11 turdan sonra 20 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp