UEFA Millətlər Liqasında final mərhələsinin püşkatma mərasiminin başlama vaxtı dəqiqləşib.

Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, dekabrın 3-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək püşkatma Bakı vaxtı ilə 17:30-da başlayacaq.

Millətlər Liqasının final mərhələsinin oyunları gələn ilin iyun ayında Portuqaliyada keçiriləcək.

Azərbaycan millisi Millətlər Liqasının son turunda Kosovo ilə səfər matçında 0:4 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp