Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 2:3.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Boluspor” hazırda 26 xalla 18 iştirakçı arasında üçüncü pillədədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp