“Maraqlı oyun izlədik. Qollar, sarı və qırmızı vərəqələr oldu. İlk yarıda qollar buraxmağımızdan sonadək əziyyət çəkdik. İkinci hissədə uşaqlar oyunu ələ aldı. Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik. "Neftçi”nin hücum xətti çox güclüdü". 

Futbolinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi"yə 1:2 hesablı məğlubiyyətdən sonra söyləyib. O, bildirib ki, hücum etdikləri vaxt son zərbə və ötürmələri verə bilmirlər.

Baş məşqçi zədəsini sağaldan Elşən Abdullayevin növbəti oyunda meydan çıxmaq ehtimalının olduğunu deyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp