Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah”ın qonağı olan “Neftçi” ciddi itkilərlə üzləşib.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi Dario Federiko matçın 72-ci dəqiqəsində rəqib müdafiəçi ilə mübarizə zamanı zədələnib. Braziliyalı futbolçu oyunu davam etdirə bilməyib və yerini Namiq Ələsgərova verib.

Paytaxt klubu bu görüşdə daha iki futbolçusunu itirib. Belə ki, matçın 33-cü dəqiqəsində “Neftçi”nin müdafiəçisi Tural Axundov, 83-cü dəqiqədə isə hücumçu Baqali Dabo ikinci “sarı”dan sonra qırmızı vərəqə alaraq meydanı tərk etmək məcburiyyətində qalıb. Onlar növbəti turda “Sumqayıt”la ev oyununda komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, “Sabah”ın heyətində də Vanderson Silva qırmızı vərəqə alıb və növbəti turda “Keşlə” ilə matçda meydanda olmayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp