“Neftçi”nin futbolçusu Baqali Dabo Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Sabah”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. 

Futbolinfo.az xəbər verir ki, haqsız olaraq qırmızı vərəqə ilə cəzalandırıldığını bildirən fransalı hücumçu simulyasiyaya yol vermədiyini deyib:

“Asan qələbə qazanmadıq. Bu qələbə həm də hakimin haqsız qərarlarına görə çətin alındı. İlk sarı vərəqədən sonra referi sanki məni ikinci dəfə cəzalandırmaq istəyirdi. Bunun səbəbi mənim üçün qaranlıq qaldı. Bu gedişlə, gələn oyunda artıq 3 futbolçumuzu meydandan qovacaqlar. Hər halda, göstərdik ki, 9-10 nəfərlə də qalib gəlməyi bacarırıq. Onu da deyim ki, belə qələbələr komanda ruhunu daha da möhkəmləndirir, bizi daha da güclü edir. Bunu növbəti matçlarda göstərəcəyik. Qırmızı vərəqə aldığım epizodda penalti olub-olmadığını dəqiq deyə bilmərəm, amma simulyasiya yox idi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp